...

Mübariz Qurbanlı: "Qanun çərçivəsində keçirilən kütləvi aksiyalar məqbul sayılır"

Siyasət Materials 2 May 2006 11:04 (UTC +04:00)

Qanun çərçivəsində keçirilən kütləvi aksiyalar məqbul sayılır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin mayın 6-da keçirəcəyi mitinqə və Müsavat Partiyasının seçkilər öncəsi planlaşdırdığı kütləvi aksiyalara münasibət bildirərkən qeyd edib.

M.Qurbanlı bildirib ki, YAP qanun çərçivəsində aksiyalar keçirib və bundan sonra da keçirəcək: "Əgər hər hansı bir partiya, ictimai qurum qanun çərçivəsində kütləvi aksiya keçirmək istəyindədirsə, hakimiyyət buna normal yanaşacaq. Yox, əgər hansısa siyasi dairələr qeyri-qanuni yolla bu və ya digər aksiyaya cəhd göstərsələr, təbii ki, bunun qarşısı alınmalıdır".

YAP rəsmisi onu da vurğulayıb ki, seçki ilə bağlı keçiriləcək aksiyalar da qanunauyğun şəkildə razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti