...

Naxçıvanda 20887,5 min manat dəyərində mal istehsal olunub

Siyasət Materials 2 May 2006 12:35 (UTC +04:00)

2006-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) 20887,5 min manat məbləğində mal istehsal olunub və xidmət göstərilib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 17,8% çoxdur. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Ümumi istehsal strukturunda 85,4% və ya 17830,9 min manat məhsul istehsalının, 14,6% və ya 3056,6 min manat isə göstərilmiş xidmətlərin payına düşür.

Sənaye istehsalının əsas hissəsini - 50%-dən çoxunu emal sahəsi təşkil edir.

Azərbaycan Milli Bankının məlumatına əsasən, 02.05.06-cı il üçün dolların manata nisbətdə rəsmi məzənnəsi 0,9032 AZN-dir.

Xəbər lenti

Xəbər lenti