...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər

Siyasət Materials 2 May 2006 12:39 (UTC +04:00)

Mayın 2-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Mübafiə Nazirliyinin mətbuat xtdmətindən məlumat verilib.

Mayın 4-dək Rumıniyanın Konstanta şəhərində NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində "Kooperativ Mako-2006" təliminin yekun planlaşdırma konfransı keçirilir.

Mayın 5-dək Ankara şəhərində Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq "Standartlaşdırma üzrə təlimnamə, doktrina və konsepsiyaların hazırlanması mövzuları" üzrə işçi görüşü keçirilir.

Mayın 3-də isə Bakı şəhərində Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq "Hüquq və hüquqi dövlət: Azərbaycanda inzibati hüquq islahatı" adlı beynəlxalq konfrans keçiriləcək.

Xəbər lenti

Xəbər lenti