...

Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda exit-poll-un əsas parametrlərini dərc edib

Siyasət Materials 2 May 2006 13:48 (UTC +04:00)

2006-cı il mayın 13-də Azərbaycanın bütün on seçki dairəsində Exit-poll keçiriləcək və hər bir dairədə 10 məntəqə elmi surətdə, təsadüfi seçim yolu ilə bilavasitə exit-poll keçirilməsi üçün seçiləcək. Dairədə hər bir məntəqə digər faktorlardan asılı olmayaraq seçilmək üçün eyni şansa malik olacaqdır. Bu barədə Trend məlumat verib.

Exit-poll nəticələri rəsmi səsvermə nəticələrini ehtimal edir. Exit-poll nəticələri rəsmi səsvermə nəticələrindən fərqli ola və eyni zamanda düzgün ola bilər, çünki exit-poll seçicilərin müəyyən bir hissəsini əhatə etdiyi halda, rəsmi səsvermə nəticələri bütün seçiciləri əhatə edir. Sorğudan keçirilən seçicilərlə seçicilərin ümumi sayı arasında potensial fərq "ehtimal olunan xəta faizi" adlandırılır. Bu xəta faizinə həmçinin namizədlərin sayı və seçicilərin ümumi sayı kimi amillər də təsir göstərir. Exit-poll`da xəta faizi adətən +/- faiz kimi göstərilir ki, həqiqi nəticənin hansı çərçivələrdə ola biləcəyi görünsün. Məsələn, əgər exit-poll`da xəta faizi 4 faizdirsə, və exit-poll`a görə namizəd X 45 % toplayıbsa, bu o deməkdir ki, namizəd X üçün rəsmi səsvermə nəticələri 41%-49% arasında ola bilər və bu çərçivədə rəsmi nəticələr şübhə doğurmamalıdır. Qeyd etmək vacibdir ki, əgər namizəd X-in rəqibinin göstərdiyi nəticələr xəta faizi də nəzərə almaqla həmin namizədin göstərdiyi nəticələrlə üst-üstə düşürsə, onda exit-poll əminliklə seçkidə hansı namizədin qalib gəlməsini əvvəlcədən deyə bilməz.

Hüquqi cəhətdən birdən artıq exit-poll`un keçirilməsi üçün məhdudiyyət yoxdur. Ancaq ABŞ hökumətinin dəstəklədiyi yalnız bir exit-poll layihəsi vardır. BRİ ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağladığı kontrakt əsasında exit-poll`un texniki aspektlərini həyata keçirir. BRİ 90-dan artıq ölkədə 25 ildən artıq fəaliyyət təcrübəsinə malik olan beynəlxalq QHT-dir. O, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir.

Seçicilər məntəqədən çıxdıqdan sonra təsadüfi seçim yolu ilə sorğu ediləcəklər. Sorğuya məntəqədən çıxan hər beçinci seçici cəlb olunacaq. Əgər seçilməyibsə, heç bir seçici "könüllü olaraq" exit-poll`da iştirak edə bilməz. Proses tam anonim şəraitdə keçirilir, sorğu iştirakçılarının adı və digər şəxsi məlumatları qeyd olunmayacaq, videoçəkiliş və ya digər qeydlər aparılmayacaqdır.

Exit-poll`un düzgün olması üçün ən vacib amil odur ki, təsadüfi seçilmiş seçicilər suallara cavab verməyə razılıq versinlər və bu suallara dürüst cavab versinlər. Layihənin düzgünlüyünü artırmaq məqsədilə proses anonim və tam neytral şəraitdə keçiriləcəkdir.

BRİ öz yerli tərəfdaşının siyasi neytrallığına necə zəmanət verir? Cavab:BRİ-nin ciddi seçim meyarlarından əlavə, BRİ exit-poll`un keçirildiyi müddətdə tam siyasi neytrallığı təmin etmək üçün bir neçə mexanizm tədbiq edəcəkdir. Birincisi, BRİ seçkilərdə iştirak edən bütün siyasi partiyalarla müzakirələr aparıb və hər birindən xahiş edib ki, exit-poll`un keçirilməsi ilə bağlı yüksək səviyyəli nümayəndələrini BRİ ilə əlaqələndirici şəxs kimi ayırsın. Partiya əlaqələndiriciləri yerli sorğuçuların siyasi neytrallığının təmin olunmasında BRİ-yə yardım edəcəklər, onlar seçilmiş sorğuçuların təlimlərində iştirak edəcəklər və seçki günü BRİ-nin ofisində exit-poll nəticələrinin işlənmənməsi prosesinə nəzarət edəcəklər.

Əlaqələndiricilərdən əlavə, BRİ elmi üsulla, təsadüfi seçim yolu ilə bütün məntəqələri özü seçəcək və yerlərdə iş görəcək sorğu qruplarını təsadüfi seçilmiş iki nəfərlik qruplarda yerlərə göndərəcək. Sorğu formaları BRİ və Baltic Surveys tərəfindən hazırlanacaq və nəticələrin tabulyasiyası yalnız BRİ və Baltic Survey əməkdaşları tərəfindən aparılacaqdır.

Baltic Surveys və Profil işçiləri biz exit-poll`un nəticələrini açıqladıqdan sonra müsahibə verə biləcəklər. Buna qədər, onların işinin professional tələbləri minimum işdən yayınma tələb edir, odur ki, istənilən sual yazılı şəkildə BRİ-yə təqdim edilə bilər və 24 saat ərzində yazılı şəkildə cavablandırılacaqdır.

Xəbər lenti

Xəbər lenti