...

Türkiyənin baş naziri Bakıda Azərbaycan, Pakistan və Qrazaxıstanın rəhbər şəxsləri ilə görüşəcək

Siyasət Materials 2 May 2006 13:52 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) liderlərinin görüşündən sonra mayın 5-də Bakıda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə, Pakistanın baş naziri Şövkət Əzizlə və qazax həmkarı Danial Axmedovla görüşəcək.

Trend in Türkiyə KİV-nə istinadən yaydığı məlumata görə, Türkiyənin hökumət başçısının İran prezidenti Mahlmud Əhmədinejadla da görüşəcəyi istisna edilmir.

Məlumata görə, bu görüş "Ərdoğanın Bakı proqramının imkan verəcəyi" halda baş tutacaq.

Eləcə də qeyd edilir ki, R. T.Ərdoğan Azərbaycana Yunanıstandan gələcək. Belə ki, o, mayın 4-də Saloniki şəhərində Əməkdaşlıq üzrə Cənub-Şərqi Avropa təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti