...

Lyu Kvanq Çu: Cənubi Koreya prezidentinin Azərbaycana səfəri zamanı beşə yaxın sənədin imzalanacağı gözlənilir

Siyasət Materials 2 May 2006 14:19 (UTC +04:00)
Lyu Kvanq Çu: Cənubi Koreya prezidentinin Azərbaycana səfəri zamanı beşə yaxın sənədin imzalanacağı gözlənilir

Cənubi Koreya prezidenti Rox Mu Xyunun Azərbaycana qarşıdakı rəsmi səfəri zamanı 5-ə yaxın ikitərəfli sənəd imzalanacaq. Bu barədə Trend ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çu eksklüziv məlumat verib.

Cənubi Koreya prezidentinin mayın 10-12-də qarşıdakı səfəri zamanı ikitərəfli və beynəlxalq xarakterli müxtəlif məsələlər müzakirə olunacaq. Diplomatın sözlərinə görə, hər iki prezidentin siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəkləri gözlənilir. Əsas diqqət ticarət, investisiya, eləcə də energetika, təbii ehtiyatlar sahəsində, sənaye, nəqliyyat tikintisi, informasiya və kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə ayrılacaq.

Səfir bildirib ki, iki dövlət başçısı yüksək səviyyədə danışıqlarının yekunu kimi Birgə bəyannamə imzalayacaqlar. Eləcə də tərəflər hava nəqliyyatı, mədəniyyət sahəsində əməkdaşlıq barədə Razılaşma, qarşılıqlı anlaşma barədə Memorandum imzalayacaqlar.

Daha sonra səfir bildirib ki, sənədlərin layihələri və qarşıdakı səfərin proqramı Cənubi Koreya hökuməti ekspertlərinin Azərbaycana hazırki səfəri gedişində razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti