...

NATO Parlament Assambleyasının sədri Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 2 May 2006 14:49 (UTC +04:00)
NATO Parlament Assambleyasının sədri Azərbaycana səfər etmək niyyətindədir

NATO Parlament Assambleyasının sədri Pyer Leluş (Pierre Lellouche) 2006-cı ildə Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycanın NATO yanındakı missiyasının mətbuat attaşesi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, NATO PA-nın sədri cari il ərzində Cənubi Qafqaz ölkələrinə ayrı-ayrı səfərlər etmək niyyətindədir. Belə səfərlərdən birincisini o, mayın 4-8-də Gürcüstana edəcək. Sonra Azərbaycana və Ermənistana səfərlər gözlənilir, lakin bu səfərlərin tarixi hələləik müəyyən edilməyib.

P.Leluş səfər zamanı ölkə rəhbərliyi və parlamentin nümayəndələri ilə hazırki və gələcək əməkdaşlıq aspektlərinə dair informasiya xarakterli fikir mübadiləsi aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti