...

Asim Mollazadə Vilnüsdə beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 2 May 2006 15:22 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Litvanın xarici işlər naziri Antanas Ialionisin dəvəti ilə "Avropanın yeni demokratiyaları və Avroatlantika gündəmi" adlı beynəlxalq konfransda iştirak etmək üçün mayın 2-də Iilnüsə gedib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Sözügedən konfransın məqsədi Avropa Birliyinin şərq qonşularının iqtisadi və təhlükəsizlik gündəmini müzakirə etmək və bu ölkələrdə demokratik dəyişikliklərin dərin təhlilini aparmaqdır. Litvanın prezidenti Ialdus Adamkusun iştirakı ilə keçiriləcək konfransda vacib siyasi, iqtisadi, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq və yekun sənədlər qəbul olunacaq. Bu sənədlər mayın 4-də Iilnüsdə keçiriləcək Baltik, Qara dəniz, Avropa İttifaqı və NATO ölkələrinin dövlət və hökumət rəhbərlərinin, xarici işlər nazirlərinin "Iilnüs-2006" sammitinə təqdim olunacaq.

Qeyd edək ki, "Avropanın yeni demokratiyaları və Avroatlantika gündəmi" adlı konfrans ertəsi gün Litva və Polşanın prezidentlərinin təşəbbüsü ilə reallaşacaq "Iilnüs-2006" sammitinin tərkib hissəsi kimi keçirilir. "Iilnüs-2006" sammitinin keçirilməsində isə məqsəd regionun uzunmüddətli perspektivini müəyyənləşdirmək, region ölkələri arasında əməkdaşlığı stimullaşdırmaq, həmçinin, region ölkələri ilə Rusiya, NATO və Avropa İttifaqı arasında dialoqun yeni formalarını axtarıb tapmaqdır.

Xəbər lenti

Xəbər lenti