...

Əli Həsənov: Azərbaycan hakimiyyəti şəffaf və demokratik seçkilərin keçirilməsində maraqlıdır

Siyasət Materials 2 May 2006 15:31 (UTC +04:00)
Əli Həsənov: Azərbaycan hakimiyyəti şəffaf və demokratik seçkilərin keçirilməsində maraqlıdır

Azərbaycanda istənilən seəçkilərin nəticələri seçicilərin mövqeyini əks etdirməlidir. Daha doğrusu, bütün seçki prosesi açıq və şəffaf keçirilməlidir. Bu, Azərbaycan hakimiyyətinin və bilavasitə prezident İlham Əliyevin mövqeyidir. Trend in verdiyi məlumata görə, bu barədə mayın 2-də Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə treninq-seminarda Azərbaycan prezildentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, istənilən hüquq pozuntusu mənbəyinin qarşısı alınacaq.

"Bunun hüquq-mühafizə orqanlarının, məhkəmə instansiyasının nümayəndəsi və ya bütün səviyyələrdə seçki komissiyasının bilavasitə üzvü olmasından asılı olmayaraq, hüquq pozuntusunun mənbəyi olan istənilən şəxs qanunun bütün ciddiliyi ilə cavab verəcək", -deyə Ə. Həsənov bildirib.

Qeyd edək ki, seminar Seçki Sistemləri Beynəlxalq Fondunun (IFES) Bakı ofisinin səyi ilə təşkil edilib. Onun işində Azərbaycanın 5 rayonunun icra hakimiyyətlərinin rəhbərləri, rayon polis orqanlarının və məhkəmə instansiyalarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti