...

Vurğun Əyyub: "Müsavat Partiyası Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə şikayət edəcək"

Siyasət Materials 2 May 2006 15:37 (UTC +04:00)

Müsavat Partiyası millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladığı üçün Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcək. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsinin hakimi Fərhad Kərimov Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə aprelin 26-da baxıb.

V.Əyyub onu da bildirib ki, artıq bu istiqamətdə vəkillər sənədləri hazırlayırlar: "Bu həftə sənədlər Ali Məhkəməyə təqdim ediləcək". V.Əyyub onu da bildirib ki, Apellyasiya Məhkəməsinin qərarına baxmayaraq millət vəkili Aynur Camalqızı Müsavatın üzvlüyünə qəbul edilməyəcək.

Xəbər lenti

Xəbər lenti