...

Azərbaycan prezidenti polşalı həmkarını Konstitusiya günü münasibətilə təbrik edib

Siyasət Materials 2 May 2006 16:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Polşanın dövlət bayramı - Konstitusiya günü münasibətilə bu ölkənin prezidenti Lex Kaçinskiyə təbrik məktubu göndərib.

Məktubda deyilir ki, Azərbaycan Polşa ilə əlaqələrin inkişafına xüsusi önəm verir. "Mən əminəm ki, bizim səylərimiz bundan sonra da dost ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişlənməsinə yönəldiləcək", - deyə Azərbaycan prezidentinin məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti