...

Respublika Dövlət Yol Polisinin ekoloji taqımının nəzdində evakuasiya qurumu yaradılıb

Siyasət Materials 2 May 2006 16:57 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Yol Polisinin ekoloji taqımının nəzdində evakuasiya qurumu yaradılıb. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təmini bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Həmin qurum avtomobillərin dayanması qadağan olunan ərazilərdə, eləcə də piyadaların sıx hərəkət etdiyi yerlərdə nəqliyyat vasitələrinin evakuasiyası (avtomobillərin evakuasiya maşınları vasitəsiylə götürülərək başqa əraziyə aparılması) işini həyata keçirir. V.Əsədovun sözlərinə görə, hazırda ölkəyə iki yeni modelli evakuasiya avtomobili gətirilib. 8 yeni belə evakuasiya avtomobillərinin yaxın günlərdə gətirilməsi də nəzərdə tutulub.

"Əgər müvəqqəti mühafizə olunan dayanacaqların sayı artırılsa, avtomobillərin evakuasiya olunmasına da ehtiyac az olar. Bununla əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq" - deyə V.Əsədov bildirib.

Şöbə rəisi onu da vurğulayıb ki, yaxın aylarda paytaxtda cərimə yeni cərimə meydançalarının açılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti