...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) 3 may türkçülük gününü qeyd edəcək

Siyasət Materials 2 May 2006 17:00 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) 3 may türkçülük gününü qeyd edəcək. Bu barədə Trend ə MSƏM-də təmsil olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.

F.Quliyev qeyd edib ki, MSƏM-ə daxil olan partiyalar mayın 3-də Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu ziyarətdən öncə isə mərkəzdə təmsil olan paprtiyaların Gənclər Təşkilatları Azərbaycanda təhsil alan türkiyəli tələbələrlə birlikdə əvvəlcə mərhum eks-prezident Əbülfəz Elçibəyin, daha sonra Şəhidlər Xiyabanını və türk əsgərinin şərəfinə ucaldılan abidəni ziyarət edəcək.

MDH liderinin sözlərinə görə, ziyarətlərdən sonra ziyafət süfrəsi açılacaq.

Qeyd edək ki, MSƏM-də MDH, Ümid, Milli İstiqlal, Tərəqqi və Milli Demokrat partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti