...

İƏT ekspertləri Xarici İşlər Nazirləri Şurasının və zirvə görüşünün gündəliyini hazırlayır

Siyasət Materials 2 May 2006 18:40 (UTC +04:00)

Mayın 2-də Bakıda, "Park Inn" hotelində İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin yüksək səviyyəli ekspertlərinin görüşü keçirilir. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

İki günlük iclasın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edir. İclasın gündəliyinə ticarət sazişinin gerçəkləşdirilməsi haqqında hesabatın, eləcə də tranzit və nəqliyyat üzrə çərçivə sazişinin müzakirəsi daxildir. Tərəflər energetika sistemləri ilə Ticarət və İnkişaf Bankının fəaliyyətinin əlaqələndirilməsi məsələlərini nəzərdən keçirəcək. Ekspertlər İƏT katibliyinin büdcə layihəsinə baxacaq və 2006-2007-ci illər fəaliyyət qrafikini müzakirə edəcək.

İclas mayın 3-də başa çatacaq, yuxarıdakı məsələlər mayın 4-də Bakıda Xarici İşlər Nazirləri Şurasında və mayın 5-də zirvə görüşündə müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti