...

Nino Burcanadze: Bakı-Tbilisi-Ceyhan regionda təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təmin olunmasında vacib rol oynayır

Siyasət Materials 2 May 2006 19:29 (UTC +04:00)
Nino Burcanadze: Bakı-Tbilisi-Ceyhan regionda təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təmin olunmasında vacib rol oynayır

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşdirilməsi regionda təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təmin olunmasında vacib rol oynayır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Gürcüstan parlamentinin spikeri Nino Burcanadze mayın 2-də Tbilisidə Azərbaycan, Gürücstan və Türkiyə qadınlarının iştirakı ilə keçirilən beynəlxalq aksiya iştirakçıları ilə görüşündə bildirib.

Qonaqları parlamentdə qəbul edən N.Burcanadze deyib ki, qadınların regiondakı iqtisadi-siyasi proseslərdə faəl iştirakı ikiqat xoşdur. Onun sözlərinə görə, region dövlətləri müstəqillik qazansa da, enerji təminatı məsələsində hələ də başqa ölkələrdən asılıdır. Region dövlətləri enerji asılılığını nə qədər azaldarsa, o qədər də müstəqil olar.

N.Burcnadze Azərbaycan, Gürcüstan və Türkiyə parlamentarilərinin BTC layihəsinin gerçəkləşdirilməsində böyük rol oynadığını qeyd edib.

Beynəlxalq aksiya iştirakçıları günün birinci yarısında Marneuli rayonunun sakinləri ilə görüşüb və Tbilisidə yerləşən Gənclik Məşğulluq Evinə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti