...

Spiker LİNKS təşkilatının icraçı direktorunu qəbul edib

Siyasət Materials 3 May 2006 10:51 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammutu qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Parlamentin sədri müstəqil dövlət kimi Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən qeyri-hökumət qurumları ilə əlaqələrin inkişafına böyük diqqət yetirdiyini bildirib. Sədr vurğulayıb ki, hüquqi, demokratik yolla irəliləyən Azərbaycan bu sahədə islahatları müvəffəqiyyətlə davam etdirir. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da demokratiyanın inkişafına öz töhfələrini verirlər. Bu cür beynəlxalq qurumlar çərçivəsində dünya dövlətlərinin təcrübəsinin öyrənilməsi və qanun yaradıcılığı sahəsində informasiya mübadiləsi çox önəmlidir.

Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanın ali qanunvericilik orqanı ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, qeyd edib ki, milli parlamentlər öz ölkələrində demokratiyanın və insan hüquqlarının qorunmasında mühüm rol oynayırlar. Təşkilat gələcəkdə Azərbaycanla əlaqələrini genişləndirmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti