...

Rauf Qurbanov: "Azərbaycan kommunistlərinin bir blokda birləşəcəyi barədə deyilənlərin heç bir əsası yoxdur"

Siyasət Materials 3 May 2006 11:14 (UTC +04:00)

Azərbaycan kommunistlərinin bir blokda birləşəcəyi barədə deyilənlərin heç bir əsası yoxdur. Bu barədə Trend ə Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

Qeyd edək ki, AKP, Azərbaycan Liberal Sosialist Partiyası, Vahid Azərbaycan Kommunist Partiyası, Fəhlə Kommunist Partiyasının birgə yeni blok yaratmaları ilə bağlı mayın 9-da toplantı keçiriləcəyi bildirilib.

R.Qurbanov isə bildirib ki, AKP-dən başqa heç bir kommunist partiyasının dövlət qeydiyyatı yoxdur. AKP rəsmisi qeyd edib ki, təmsil olduğu partiyanın fəaliiyyəti nəzərdə tutulan blokdan daha genişdir. R.Qurbanov vurğulayıb ki, bu təşəbbüsü özünü AKP-nin birinci katibi kimi qələmə verən Telman Nurullayev ortaya atıb: "Bu şəxs AKP Xətai rayon təşkilatının sədri olub. Partiyanın siyasi xəttinə xəyanət etdiyinə görə, partiya sıralarından kənarlaşdırılıb. İndi isə gündənmə qalmaqdan ötrü belə əsası olmayan təşəbbüslə çıxış edir".

R.Qurbanov onu da vurğulayıb ki, Azərbaycan kommunistlərinin vahid mərkəzdə fəaliyyət göstərdiyi bir ünvan var. O da AKP-dir: "İnanıram ki, vaxt gələcək özlərini kommunist hesab edənlər öz ambisiyalarından əl çəkəcəklər".

Xəbər lenti

Xəbər lenti