...

İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və İran XİN-ləri arasında razılaşmalar imzalanacaq

Siyasət Materials 3 May 2006 14:10 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçöhr Mottəkinin Bakıya qarşıdakı səfəri zamanı keçiriləcək görüşlərdə Azərbaycanın XİN-i ilə müəyyən razılaşmalar imzalanacaq. Bu barədə jurnalistlərə İranın Bakıdakı səfirinin müavini Reza Rəşid İranın rəhbər şəxslərinin İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin görüşündə iştirakı məsələsini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, bu gün tərəflər "ümumi xarakterli" bir sıra sənədlər hazırlayırlar.

Reza Rəşidin verdiyi məlumata görə, Manuçöhr Mottəki Bakıya mayın 4-də səhər gələcək və respublikada iki gün qaldıqdan sonra Azərbaycanı İran prezidenti Mahmud Əhəmədinejatla birgə tərk edəcək.

İran diplomatı həmçinin, İranın İƏT-i yaradan dövlətlərdən biri olduğunu qeyd edib. "İran, Türkiyə və Pakistan İƏT-in yaradılması təşəbbüsü ilə çıxış edən 3 dövlətdir və Tehran təşkilatın möhkəmlənməsində və onun üzvləri arasında sıx əlaqələrin bərqərar olmasında maraqlıdır", -deyə Reza Rəşid bildirib.

Xəbər lenti

Xəbər lenti