...

Təkrar seçkidə iştirak edən namizədlərin sayı 131, yerli müşahidəçilərin sayı 2107 nəfər olub

Siyasət Materials 3 May 2006 15:01 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı 131 nəfərə enib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KAXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli namizədliyini geri götürüb. Bununla namizədlərin sayı hələ ki, 131 nəfərdir.

Seçkiləri izləyəcək müşahidəçilərin isə sayı artıb. Mərkəzi Seçki Komissiyasında qeydə alınan yerli müşahidəçilərin sayı 658 nəfərdir. Dairə seçki komissiyaları tərəfindən isə 1449 nəfər yerli müşahidəçi qeydə alınıb.

Seçki günü isə "exit poll"u hər bir təşkilat keçirə bilər. Bunun üçün xüsusi qeydiyyat aparılmır.

Xəbər lenti

Xəbər lenti