...

Pyotr Burdıkin: Rusiya-Azərbaycan sərhədinin delimitasiyası başa çatdırılması zəruri olan məsələdir

Siyasət Materials 3 May 2006 16:08 (UTC +04:00)

Rusiya-Azərbaycan sərhədinin delimitasiyası - başa çatdırılması zəruri olan məsələdir. Ancaq bunun üçün tərəflər materialları diqqətlə öyrənməli və yekun sazişlə bağlı vahid fikrə gəlməlidir. Bu barədə Trend in müxbiri ilə söhbətində Rusiyanın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Pyotr Burdıkin bildirib. O vurğulayıb ki, "delimitasiya prosesi - sərhədlərin xəritədə göstərilməsidir".

Rusiyalı diplomatın sözlərinə görə, delimitasiya üzrə Azərbaycan-Rusiya komissiyasının Dərbənddə keçirilmiş sonuncu iclasının yekunlarına əsasən, "tərəflər əvvəlki mövqelərə qayıtmağı qərara alıb".

"Tərəflər iclas zamanı təqdim olunmuş materialları dərindən öyrənməyə çalışır və ay ərzində onların yenidən görüşəcəyi ehtimal olunur", - deyə P.Burdıkin qeyd edib.

Xəbər lenti

Xəbər lenti