...

ATƏT Minsk Qrupunun Fransalı həmsədri İrəvan və Bakıya səfərlər edəəck

Siyasət Materials 3 May 2006 17:12 (UTC +04:00)
ATƏT Minsk Qrupunun Fransalı həmsədri İrəvan və Bakıya səfərlər edəəck

ATƏT Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye İrəvan və Bakıya səfərə gedəcək. Bu barədə Trend ə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

B.Fasye Dağlıq Qarabağ regionuna səfər etmək haqqında qərarı mayın 2-3-də Rusiya Xarici İşlər Nazirliyində Minsk Qrupu həmsədrlərinin məsləhətləşmələrindən sonra qəbul edib.

Bu məsləhətləşmələrdə B.Fasyedən başqa amerikalı həmsədr Stiven Mənn, rusiyalı həmsədr Yuri Merzlyakov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Qərara əsasən, B.Fasye mayın 3-də Ermənistan rəhbərliyi ilə danışaqlar aparmaq üçün İrəvana, sonra isə Bakıya səfər edəcək. Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələr, çox ehtimal ki, mayın 5 və ya 6-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti