...

NATO Azərbaycanda 1 min ton zəhərli tullantının məhv edilməsi üzrə işlər həyata keçirəcək

Siyasət Materials 3 May 2006 18:46 (UTC +04:00)

2006-cı ilin iyulunda Azərbaycanda NATO-nun səyi ilə "melanj" tipli 1 min ton tullantının məhv edilməsi üzrə işlər həyata keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in Vyanadakı katibliyinin məlumatında deyilir.

Bu layihə ATƏT tərəfindən işlənib və NATO-nun bilavasitə dəstəyi ilə 2005-ci ilin oktyabrında keçirilməyə başlanıb. Həmin dövrdə beynəlxalq ekspertlər iki anbarda yerləşən zəhərli tullantıların təkrar istifadəsi ilə bağlı məsələləri öyrənmək üçün Azərbaycana gəlib.

Ekspertlər, həmçinin, raket yanacağı ilə çirklənmiş torpağın reabilitasiyası üçün tələb olunan texniki və maliyyə ehtiyatlarının həcmini də müəyyən edib.

Xəbər lenti

Xəbər lenti