...

Bakı-Tbilisi-Ceyhan kəmərinin müdafiəsi üçün keçirilən qadın aksiyasının iştirakçıları Türkiyə çatıblar

Siyasət Materials 3 May 2006 18:58 (UTC +04:00)

"Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantıdır" qadın aksiyasının iştirakçıları mayın 3-də Türkiyə ərazisinə daxil olublar. Bu barədə Trend in Trabzondakı xüsusi müxbiri xəbər verib.

Mayın 3-də aksiya iştirakçıları Batumidə vitse-spiker Malxaz Siuridzenin rəhbərlik etdiyi Gürcüstan parlamentinin nümayəndələri ilə görüşüb. Görüş zamanı regionun inkişaf etməsi və sabitliyin bərqərar olması baxımından BTC kəmərinin istismara verilməsinin vacibliyi vurğulanıb. Fikir mübadiləsindən sonra aksiya iştirakçılarına Gürcüstan deputatları, KİV və ictimaiyyət nümayəndələri qoşulub.

Aksiya iştirakçıları Sarp sərhədini keçərək, Trabzona daxil olublar. Buradan onlar Ankaraya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti