...

MDB-nın müşahidəçilər missiyasının qərargahı: Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinə uyğun keçirilir

Siyasət Materials 3 May 2006 19:44 (UTC +04:00)

Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinə uyğun və yüksək rəqabət şəraitində keçirilir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, MDB-nın müşahidəçilər missiyası qərargahının yaydığı məlumatda deyilir. Qərargah aprelin 24-də 13 may təkrar parlament seçkiləri ərəfəsində Bakıda fəaliyyətə başlayıb.

Məlumatda bildirilir ki, təkrar seçkilərin keçirildiyi 10 seçki dairəsindən 218 şəxs namizədliyini irəli sürüb, onların 158-si qeydiyyata alınıb. 37 nəfər namizədliyini geri çəkdikdən sonra deputat mandatı uğrunda 136 namizəd mübarizə aparacaq.

Qərargah nümayəndələri Mərkəzi Seçkilər Komissiyasının rəhbərliyi və KİV nümayəndələri ilə grüşüb, 9 saylı 2-ci Binəqədi dairəsinin, 31 saylı 2-ci Suraxanı dairəsinin seçki komissiyalarına və bir sıra seçki məntəqələrinə baş çəkib. Müşahidəçilər komissiyaların formalaşdırılması ilə bağlı sənədlər, seçici siyahılarının hazırlanması və sair məsəllərlə tanış olub.

Ümumilikdə təkrar parlament seçkilərinə hazırlıq sakit şəkildə və milli qanunvericiliyə müvafiq keçirilir.

Xəbər lenti

Xəbər lenti