...

Ramil Usubov: Azərbaycanda təkrar parlament seçkiləri ərəfəsində bütün zəruri təhlükəsizlik tədbirləri görülür

Siyasət Materials 3 May 2006 21:00 (UTC +04:00)
Ramil Usubov: Azərbaycanda təkrar parlament seçkiləri ərəfəsində bütün zəruri təhlükəsizlik tədbirləri görülür

Azərbaycanda 13 may təkrar parlament seçkiləri ərəfəsində bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib.

Nazir görülən tədbirlər arasında namizədlərin seçicilərlə görüş yerlərində ictimai asayişin və namizədlərin təhlükəsizliyinin təminatını qeyd edib.

R.Usubovun dediklərinə əsasən, təkrar seçkilərin keçiriləcəyi rayonlarda polis şöbələrinə səsvermə zamanı ictimai asayişin qorunması ilə bağlı zəruri təlimatlar verilib.

"Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi bu dəfə də seçkilər zamanı ictimai asayiş təmin olunacaq" - deyə nazir vurğulayıb.

Polis əməkdaşlarının seçki məntəqələrinin işinə müdaxiləsi ilə əlaqədar suallara cavab verən R.Usubov deyib ki, qarşıdakı seçkilərlə bağlı təlimat vermək üçün DİN mərkəzi aparatından seçki məntəqələrinə təcrübəli əməkdaşlar göndərilib. "Biz göstəriş vermişik ki, səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilməsin" - deyə o bildirb.

R.Usubov həmçinin, hüquq-mühafizə orqanlarında itaətsizlik hallarının mövcudluğu haqqında mətbuatda getmiş məlumatları təkzib edərək, bunu yalan adlandırıb.

Xəbər lenti

Xəbər lenti