...

Zurab Qumberidze: Demarkasiya və delimitasiya üzrə Azərbaycan-Gürcüstan Dövlət Komissiyasının növbəti iclası iyunda keçiriləcək

Siyasət Materials 4 May 2006 11:10 (UTC +04:00)
Zurab Qumberidze: Demarkasiya və delimitasiya üzrə Azərbaycan-Gürcüstan Dövlət Komissiyasının növbəti iclası iyunda keçiriləcək

Demarkasiya və Delimitasiya üzrə Azərbaycan-Gürcüstan Dövlət Komissiyasının növbəti iclası iyunda keçiriləcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

İclas çərçivəsində sərhədlərin razılaşdırlmamış sahələri, o cümlədən komissiyanın apreldə Tiflisdə keçirilmiş əvvəlki iclasında müzakirə mövzusu olmuş bir sıra detallar üzrə məsləhətləşmələr davam etdiriləcək.

Tərəflər, həmçinin, dövlət sərhədinin delimitasiyası ilə bağlı əlavə normativ-huquqi sənədləri, yerin quruluşu və torpaqdan istifadə qaydalırına dair materialları öyrənəcək.

Xəbər lenti

Xəbər lenti