...

Azərbaycan XİN başçısı Pakistanın Xİ naziri ilə görüşüb

Siyasət Materials 4 May 2006 12:56 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın xarici işlər nazirini Əbdül Səttəri qəbul edib. Bu barədə Trend Azərbaycan XİN mətbuat xidmətinə istinadən xəbər verir.

E.Məmmədyarov iki ölkə arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin xalqlarımızın mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində Ə.Səttər ölkəmizdə olduğundan məmnun qaldığını bildirib. O, Pakistan və Azərbaycan arasında siyasi və iqtisadi sahələrdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı və bu təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 16-cı iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Daha sonra Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli yollarına toxunaraq münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti