...

Gültəkin Hacıyeva: "AŞPA-nın yay sessiyasında Azərbaycanı gərgin və ciddi müzakirələr gözləyir"

Siyasət Materials 4 May 2006 13:14 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanı gərgin və ciddi müzakirələr gözləyir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

Millət vəkili söhbətin Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin iyunda keçiriləcək yay sessiyasında müzakirə ediləcəyindən getdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti bütün fəaliyyətini məhz bu istiqamətə yönəldəcək. G.Hacıyeva AŞPA-nın yay sessiyasında Azərbaycanın mandatının əlindən alınması ilə bağlı müxalifətin gətirdiyi arqumentlərə də aydınlıq gətirib. Bildirib ki, əvvəlcədən bu barədə danışmaq və hər hansı ehtimal irəli sürmək yersizdir.

G.Hacıyeva vurğulayıb ki, AŞPA Azərbaycan qarşısında təkrar seçkilərin keçirilməsi ilə bağlı əlavə heç bir öhdəlik qoymayıb: "Qurumun qış sessiyasında Azərbaycanın mandatı təsdiq olunarkən, AŞPA mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə hər hansı bir qanun pozuntularına yol verilməməsi ilə bağlı tövsiyəsini verib. Bunu isə öhdəlik kimi qəbul etmək olmaz. Bu tövsiyələr Azərbaycan rərhbərliyinin siyasi iradəsi ilə üst-üstə düşür".

Millət vəkili bildirib ki, seçkilər keçirilmədən və nəticələri bəlli olmadan öncə belə mövqedən çıxış etmək heç bir məntiqə sığmır: "Biz inanırıq ki, təkrar seçkilər də demokratik və şəffaf keçiriləcək. AŞPA-nın yay sessiyasında bu məsələ maneəsiz müsbət qiymətləndiriləcək".

Xəbər lenti

Xəbər lenti