...

Manuçöhr Mottəki: İran nüvə proqramının gerçəkləşdirilməsini davam etdirməkdə qətidir

Siyasət Materials 4 May 2006 13:18 (UTC +04:00)
Manuçöhr Mottəki: İran nüvə proqramının gerçəkləşdirilməsini davam etdirməkdə qətidir

Tehranın nüvə proqramını dinc məqsədlərlə gerçəkləşdirməsi İran xalqının istəyidir və biz bu prosesi davam etdirməkdə qətiyik. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 4-də Bakıda jurnalistlərə İrnanın xarici işlər naziri Manuçöhr Mottəki bəyan edib.

O, ümidvar olduğunu bildirib ki, BMT Təhlükəsizlik Şurası da İranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnu münasib sayacaq və bu ölkəyə qarşı hər hansı sənəd qəbul etməyəcək. M.Mottəkinin sözlərinə görə, BMT TŞ bütün dünyada təhlükəsizliyi təmin edən qurumdur və rəsmi Tehran MAQATE ilə əməkdaşlığı davam etdirməkdə qətidir.

Nazir xatırladıb ki, İranın tarixində BMT TŞ-nin Tehranın qərarlarını dünyada təhlükəsizlik üçün əngəl hesab edərək bunlara qarşı çıxması faktları yer alıb. Onun sözlərinə görə, bu fakt Tehranın özünün neft-qaz sənayesini milliləşdirmək qərarı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti