...

Əli Kərimli: Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı bu ilin sonunda keçiriləcək

Siyasət Materials 4 May 2006 13:35 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı bu ilin sonunda keçiriləcək. Bu barədə Trend ə partiyanın sədri Əli Kərimli açıqlama verib.

O bildirib ki, bu, AXCP-nin Nizamnaməsinə uyğun olaraq keçiriləcək növbəti qurultay olacaq və partiyada ciddi dəyişikliklər edilməyəcək. Əli Kərimlinin sözlərinə görə, qurultayda partiyanın rəhbər strukturları formalaşdırılacaq, sədrin hesabatı dinləniləcək. Partiya sədrliyinə, Ali Məclisinə və Nəzarət Təftiş Komissiyasına yenidən seçki keçiriləcək. Qurultayda strutkur dəyişikliyi isə gözlənilmir: "Bizim nə Nizamnaməyə, nə proqrama dəyişiklik etmək fikrimiz yoxdur. Sadəcə? növbəti qurultay keçirmək niyyətindədik". Əli Kərimli bu qurultayda növbəti dəfə sədrliyə namizədliyini irəli sürəcəyini deyib.

Qurultayda AXCP-nin "Azadlıq" blokunda təmsilçiliyini bundan sonra da davam etdirib-etdirməməsi ilə bağlı müzakirələr aparılmayacaq. Əli Kərimlinin sözlərinə görə, partiya daxilində bununla bağlı mübahisəli məqamlar və alternativ fikirlər olmadığından "Azadlıq" blokuna dair məsələ qaldırılmasına da ehtiyac yoxdur: "AXCP-də hamının mövqeyi bundan ibarətdir ki, biz "Azadlıq" blokunun həmtəsisçisi kimi blokda fəaliyyətimizi davam etdirməliyik".

Xəbər lenti

Xəbər lenti