...

Etibar Məmmədov: "AMİP-in qurultayına heç bir partiya sədri, müxalifət lideri dəvət olunmayacaq"

Siyasət Materials 4 May 2006 15:01 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayına heç bir partiya sədri, müxalifət lideri dəvət olunmayacaq. Bu barədə Trend ə AMİP-in lideri Etibar Məmmədov açıqlama verib. O, bildirib ki, siyasətçilərin qurultaya dəvət olunmasını lazımsız bir iş hesab edir. Onun fikrincə, partiya üzvləri, qurultay nümayəndələri və media təmsilçilərinin iştirakı kifayətdir: "Qurultayda sırf işçi əhval-ruhiyyə yaratmaq lazımdır. Buna görə heç bir siyasətçi dəvət olunmayacaq".

Mayın 7-nə təyin olunmuş qurultayın təxirə salınmasına aydınlıq gətirərkən E.Məmmədov deyib ki, bu, 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə bağlıdır: "Mən indiki vəziyyəti götür-qoy etdim və gördüm ki, qurultayın seçkidən sonra keçirilməsi daha yaxşıdır. Yaxın vaxtlarda qurultayın günü müəyyən olunacaq".

E.Məmmədov onu da deyib ki, qurultayda partiyadaxili işlərdən başqa ölkə həyatına dair bir sıra məsələlər də müzakirəyə çıxarılacaq. Özünün AMİP-in sədri postuna qayıdıb-qayıtmayacağına gəldikdə E.Məmmədov bunu istisna edib: "Sədrliyə qayıtmaq məsələsi gündəmdə deyil və heç vaxt da olmayacaq. Partiyada müəyyən bir dövrdə böhran yaranmışdı və bu problemi aradan qaldırdıq. Bundan sonra mən öz proqramımla məşğul olacağam. Siyasi fəaliyyətimi fərdi şəkildə davam etdirəcəm" - deyə Etibar Məmmədov vurğulayıb.

Əli Əliyevin yeni adda partiya yaratmasına münasibət bildirərkən isə o, bu məsələ ilə ümumiyyətlə maraqlanmadığını deyib.

Xəbər lenti

Xəbər lenti