...

8 partiya və 14 ictimai birlik tərəfindən İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurası yaradılıb

Siyasət Materials 4 May 2006 16:17 (UTC +04:00)

Korrupsiyaya qarşı mübarizə ilə bağlı İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurasının (İSTƏŞ) yaradılması ilə bağlı mayın 4-də mətbuat konfransı keçirilib. Trend xəbər verir ki, İSTƏŞ 8 partiya və 14 ictimai birlik tərəfindən formalaşdırılıb.

Mətbuat konfransını açan Azadlıq Hərəkatçılar Birliyi (AHB) Ali İcra Heyətinin sədri Təhmasib Novruzov yeni yaradılan şuranın qarşıda duran vəzifələri barədə məlumat verib.

Daha sonra Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə, Xalq Hərəkatçılar Partiyasının sədri Nəsir Ağayev, İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Mehriban Abdullayeva, Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti Vasif Mövsümov korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin dəstəyinin vacibliyini qeyd ediblər.

Yeni yaradılan qurumun bəyanaməsində İctimai Nəzarət Şurasının yaradılması, sentyabr ayının ölkədə korrupsiyaya qarşı mübarizə ayı kimi və 2007-ci ilin "Korrupsiyasız Azərbaycan" ili kimi qeyd olunması təklifləri öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti