...

İran prezidenti Bakıya gəlib

Siyasət Materials 4 May 2006 16:45 (UTC +04:00)

Mayın 4-də İran prezidenti Mahmud Əhmədinejad Bakıya gəlib. Trend in məlumatına görə, səfərdə məqsəd mayın 5-də keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etməkdir.

Bakıya səfəri çərçivəsində İran lideri bir sıra ikitərəfli görüşlər keçirmək, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyənin baş naziri və sammitdə iştirak etmək üçün Bakıya gələn nümayəndə heyətlərinin yüksək rütbəli rəhbələri ilə görüşmək niyyətindədir.

Bakı hava limanında İran prezidenti mətbuat üçün heç bir bəyanatla çıxış etməyib.

Xəbər lenti

Xəbər lenti