...

Bəşir Atalay: Türkiyə, İran və Pakistan İƏT Ticarət və Əməkdaşlıq bankının təsisçiləri olacaq

Siyasət Materials 4 May 2006 16:48 (UTC +04:00)

Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri arasında əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 4-də Bakıda Türkiyənin dövlət naziri Bəşir Atalay İƏT ölkələri XİN başçılarının görüşünün yekunu üzrə bildirib.

"Ankara İƏT-in ən fəal üzvlərindən biridir və biz bu regional platforma çərçivəsində əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət veririk", - deyə B. Atalay qeyd edib. O nəzərə çatdırıb ki, Ankara İƏT-ə üzv 10 ölkə arasında regional iqtisadi layihələrin tezliklə gerçəkləşdirilməsində maraqlıdır.

Dövlət naziri İƏT Ticarət və Əməkdaşlıq bankının yaradılması məsələsi ilə bağlı XİN başçılarının qəbul etdiyi qərarlardan da söz açıb. "Bankın yaradılması üzrə işlər sonuncu mərhələdədir. 3 ölkə - Türkiyə, İran və Pakistan bu bankın təsisçisi olacaq. Daha sonra digər dövlətlər də bakın işində iştirak edəcək.

B.Atalaya onu da qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı məsələ görüşün gündəliyinə daxil edilməyib. O, bu məsələnin İƏT ölkələri rəhbərləri və hökumət başçıları, o cümlədən xarici işlər nazirlərinin görüşündə ikitərəfli danışıqlar zamanı muzakirə olunacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti