Pakistan İranın nüvə problemi ətrafında yaranmış böhranın hərbi yolla həlli əleyhinə çıxış edir. Trend in məlumatına görə, Pakistanın xarici işlər naziri Abdulla Səttar jurnalistlərlə söhbətində bildirib.
"İran suveren dövlətdir və öz hüquqlarını qorumağa hüququ çatır", -deyə Paksitanın xarici siyasət idarəsinin başçısı bildirib. Onun sözlərinə görə, bununla əlaqədar, İranla daha uzun sərhədlərə malik olan Pakistan regionda yaranan gərginlikdən narahatdır.
"Biz də İran və İraq kimi bu problemin dinc yolla həll olunmasını istəyirik və bununla əlaqədar mən dövlət başçılarının nümayəndələri ilə danışıqlar aparacağam", -deyə A. Səttar bildirib. O bu məsələ ilə bağlı artıq öz ölkəsinin baş naziri ilə müəyyən danışıqlar apardığını qeyd edib.
ABŞ-ın İrana hücumu ilə bağlı suala cavab verərkən Pakistanın XİN rəhbəri onun ölkəsinin münaqişənin belə həlli yoluna qarşı olduğunu bildirib. Çünki hərbi həll yolu regionda iqtisadi vəziyyəti pisləşdirir və Pakistan da daxil olmaqla regiondakı bütün dövlətlərə mənfi təsir göstərir.
"Mən mümkün hərbi əməliyyatlarla əlaqədar artan qeyri-sabitlikdən narahatam", -deyə o, əlavə edib və "MAQATE-nin qaydalarına riayət etməyin İran üçün daha əlverişli olduğunu" bildirib.