...

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha sübut etdi ki, Azərbaycan bölgənin lider dövlətidir"

Siyasət Materials 4 May 2006 17:53 (UTC +04:00)

Azərbaycan prezidentinin ABŞ-a səfəri iki ölkə arasındakı münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan prezidentinin ABŞ-a səfərinə kölgə salan müxalifətin fikirlərinə münasibət bildirərəkən qeyd edib.

YAP rəsmisi bildirib ki, Azərbaycanın sürətli inkişafından ən çox təşviş keçirən dairələr ermənilərdir: "Çünki Azərbaycanın sürətli inkişafı ermənilərin mənfur niyyətlərinin getdikcə puç olduğuna və niyyətlərinə çatmayacaqlarına çox böyük bazis yaradır. Azərbaycan daxilində sabitliyin olması, əhalinin sosial vəziyyətinin yaxşılaşmasından da hakimiyyət uğrunda mübarizə aparan dairələr təşviş keçirirlər. Ölkədə maliyyə sabitliyi yaxşılaşdıqca, Azərbaycanın regionda nüfuzu artdıqca təbii ki, xalqın hakimiyyətə böyük inamı artır. Bu isə müxalifəti narahat edir".

M.Qurbanlı bildirib ki, Ermənistan və xaricdə olan ermənilərlə Azərbaycanda olan müxalifət sinxron şəkildə hakimiyyəti gözdən salmağa cəhd edir: "Fikir verirsinizsə, Azərbaycanla bağlı qərəzli yazıların xülasələri səhəri gün müxalifətin inhisarında olan qəzetlərdə çap edilir. Bununla da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə cəhd göstərirlər. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha sübut etdi ki, Azərbaycan bölgənin lider dövlətidir".

Xəbər lenti

Xəbər lenti