...

İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının sədrliyi Azərbaycana keçir

Siyasət Materials 4 May 2006 19:06 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının sədrliyi bir il müddətinə Azərbaycana keçir. Trend in verdiyi məlumata görə, mayın 4-də jurnalistlərə Azərbaycanın XİN-nin mətbuat katibi Mətin Mirzə Bakıda İƏT-nın üzvü olan ölkələrin XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərkən bildirib.

"Qərar görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir il ərzində İƏT XİNŞ-ə sədrlik edəcək", -deyə M. Mirzə bildirib.

Onun sözlərinə görə, təşkilata üzv olan 10 dövlət arasında sosial-iqtisadi, nəqliyyat, eləcə də səhiyyə sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Eləcə də mayın 5-də BƏƏ-nin dövlət və hökumət başçılarına imzalanmaq üçün təqdim olunacaq Bakı bəyannaməsinin layihəsi də nəzərdən keçirilib.

Sənəd, eləcə də, İƏT ölkələri arasında qlobal və regional problemlərin həlli istiqamətində sıx fikir mübadiləsinin davam etdirilməsini nəzərdə tutur. Təhkilat çərçivəsində əməkdaşlığın inkişafı təşkilata üzv dövlətlərin rifahının yüksəlməsinə xidmət edir.

Bəyannamənin digər mühüm bəndi İƏT-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi məsələsidir. Özəl, xüsusilə sənaye sahəsindəki özəl şirkətlər arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib.

Bakı bəyannaməsində ətraf mühitin mühafiəzsi sahəsində əlaqələrin genişləndirilməsi ayrıca bənddə qeyd olunub. Qlobal terrorizmlə mübarizədə birgə səylərin gücləndirilməsi xüsusi qeyd olunub.

Bununla yanaşı, M. Mirzənin sözlərinə görə, Azərbaycan üçün bəyannamənin 20-ci bəndi xüsusi əhəmiyyət kəsb edir ki, bu da regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə maneə olan münaqişəli vəziyyətlərin tezliklə həll olunmasının vacibliyi göstərilir. Qeyd olunur ki, bütün münaqişələr beynəlxalq hüquq prinsipləri əsasında və dövlətlərin ərazi bütövlüyünün saxlanması əsasında nizamlanmalıdır.

Xəbər lenti

Xəbər lenti