...

Vitse-spiker Türk Dünyası Qadınlarının Dostluq və Həmrəylik Dərnəyinin rəhbərini qəbul edib

Siyasət Materials 4 May 2006 19:09 (UTC +04:00)

Milli Məclis sədrinin müavini Bahar Muradova mayın 4-də Türk Dünyası Qadınlarının Dostluq və Həmrəylik Dərnəyinin rəhbəri xanım Şenol Balın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirblər.

B.Muradova iki qardaş ölkə rəhbərlərinin, dövlət və hökumət nümayəndələrinin, iş adamlarının və mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan bəhs edib. Milli Məclis sədrinin müavini türk dünyası qadınlarının bir araya gəlməsinin əhəmiyyətini vurğulayaraq, özünün də Dərnəyin İdarə heyətinin üzvü olduğunu xatırladıb və qurumun qadınlarımızın problemlərinin həllində, həm də türk dövlətlərinin qloballaşan dünyada nüfuzunun artmasında rolunu yüksək qiymətləndirib.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən xanım Şenol Bal bu səfərin əlaqələrimizin inkişafında mühüm rol oynayacağını bildirib. O, Türk dünyası qadınlarının ikinci qurultayından sonra görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb, üçüncü qurultaya hazırlıq barədə məlumat verib. Qonaq deyib ki, dərnəyin üzvləri bütün səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışır, yurd-yuvasından didərgin düşən azərbaycanlı qadınların, uşaqların problemlərinə diqqət yetirirlər.

Xəbər lenti

Xəbər lenti