...

Azərbaycan prezidenti Pakistanın baş naziri Şövkət Əzizi qəbul edib

Siyasət Materials 4 May 2006 20:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əlyiev mayın 4-də Pakistanın baş naziri Şövkət Əzizi qəbul edib. Trend agentliyinin məlumatına əsasən, görüşdə Pakistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, elm və texnologiyalar sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Ş. Əziz Azərbaycanın neft və qaz sahəsindəki inkişafın Pakistanda çox yaxından izləndiyini bildirərək deyib ki, indi rəsmi İslamabad bu istiqamətdə işlər aparır. "Neft və qaz sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və bundan yararlanmaq bizim üçün çox əhəmiyyətlidir" - deyə o bildirib.

Azərbacyan prezidenti ölkəmizin neft-qaz, elm və texnologiyalar sahəsində zəngin təcrübəsindən danışıb, bu sahədə Pakistanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Pakistanın baş naziri öz ölkəsində gedən iqtisadi və siyasi proseslərdən danışaraq, o cümlədən iqtisadi inkişafın artdığını deyib, yoxsulluğun azaldılması istiqamətində hökumətin gördüyü işlərdən söz açıb və qonşu ölkələrlə münasibətlər məsələsinə toxunub.

Görüşdə regional əməkdaşlıq, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, bölgədəki vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti