...

İqbal Ağazadə: "İndiki şəraitdə siyasi partiyaların Qarabağla bağlı vahid qurumunun yaradılmasına ehtiyac yoxdur"

Siyasət Materials 5 May 2006 11:21 (UTC +04:00)

"Dağlıq Qarabağla bağlı siyasi təşkilatların ayrı-ayrılıqda konsepsiya və proqramlar hazırlaması, bu problemlə bağlı narahatlıqların hamısı informasiyasızlıqdan irəli gəlir". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

O, qeyd edib ki, Dağlıq Qarabağa dair parlamentdəki çıxışından sonra xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı açıqlama verib. Nazir bildirib ki, danışıqlar bitməyənə qədər tərəflərə heç bir məlumat verilməməsinə dair ATƏT-in Minsk qrupu həmsədrləri ilə razılıq əldə olunub. Ən azı ilkin razılaşmalardan sonra hansısa məlumatlar açıqlanacaq. İqbal Ağazadə bildirib ki, münaqişənin həlli yollarının detalları barədə məlumatsızlıq ictimai, siyasi qurumların Qarabağla bağlı pərakəndə fəaliyyətlərinə, müxtəlif cür yanaşmalarının, münasibətlərinin ortaya çıxmasına səbəb olur. Millət vəkilinin fikrincə, əgər sülh danışıqları ilə bağlı konkret informasiyalar olsa bütün siyasi qüvvələr Qarabağla bağlı vahid bir məkəzdə birləşə bilər. Lakin hazırkı şəraitdə belə bir mərkəzin yaradılmasına ehtiyac yoxdur.

"Çünki sülh danışıqlarında Azərbaycana təklif olunan variantlar bəlkə hamını narazı salacaq və yaxud da hər kəs razı qalacaq. Bu gün məlumatsızlıq bizim fərqli çıxışlarımıza imkan verir. Əslində Azərbaycan cəmiyyəti iqtidarlı-müxalifətli Qarabağla bağlı eyni mövqeyə malikdir. Bu məsələdə kiçik əskikliklər ola bilər. Amma ümumilikdə cəmiyyətin əhval-ruhiyyə belədir ki, hamı Qarabağın Azərbaycanın təkribində olmasını, ölkəmiz daxilində ona hansısa status verilməsini istəyir. İnformasiyasızlıq problemi aradan qalxan kimi bütün mövqelər daha aydınlaşacaq və buna görə də indi siyasi partiyaların hansısa bir qurumda birləşməsinə ehtiyac yoxdur"-deyə İqbal Ağazadə bildirib.

Xəbər lenti

Xəbər lenti