Biz iri regional layihələrin sayının daha çox genişlənməsini istəyirik. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin 9-cu sammitinin açılışı zamanı çıxışında bəyan edib.
Sammitin sədri İlham Əliyev görüşü açarkən bildirib ki, təşkilata üzv olan dövlətlərin intisadi potensialı daimi olaraq artır. Azərbaycan özü isə yüksək əhəmiyyət verdiyi böyük miqdarda iri regional layihələri reallaşdırır. Onun sözlərinə görə, ötən il ölkənin iqtisadi inkişafı 26% təşkil edib. Bu ilin 1-ci rübündə isə ÜDM-un artımı 40% olub və bu göstərici bütün 2006-cı il ərzində saxlanılacaq.
İlham Əliyev bildirib ki, hazırda Azərbaycan Xəzərdən neft və qazın dünya bazarlarına çatdırılması üzrə layihələrdə iştirak edir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin istismara verilməsindən sonra regionda iqtisadi vəziyyət və təhlükəsizlik daha da güclənməlidir.
Azərbaycan prezidenti birgə elektrik enerjisi və qaz layihələrində İranla qarşılıqlı münasibətləri də yüksək qiymətləndirib.