...

Novruz Məmmədov: İƏT üzvü olan 10 ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi zərurəti yetişib

Siyasət Materials 5 May 2006 12:48 (UTC +04:00)

Bakıda İƏT dövlət və hökumət başçılarının görüşü bütün region üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu gün İƏT-ın üzvü olan 10 ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi zərurəti yetişib. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv məlumat verib.

"İƏT yaxşı perspektivlərə malik təşkilatdır və mən bu istiqamətdə işlərin bütün səviyyələrdə davam etdirilməli oluğunu düşünürəm", -deyə N.Məmmədov qeyd edib. Onun sözlərinə görə, İƏT-ın regional tərkibi region ölkələrini yaxınlaşdıran, istifadə olunmamış potensiala toxunmağa imkan verən həmin mühüm amildir.

"Mən düşünürəm ki, hazırkı görüşün gedişində iqtisadi əməkdaşlığın geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaq, təşkilatın isə inkişaf üçün zəruri olan potensialı var", -deyə o, sonda bildirib.

Qeyd edək ki, mayın 5-də Azərbaycanda İƏT liderlərinin görüşü başlanıb. Bu görüşün yekunu olaraq "Bakı bəyannaməsi"nin qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti