...

Abid Şərifov: Qazaxıstan nefti BTC kəmərinə 2010-cu ilə kimi vurulacaq

Siyasət Materials 5 May 2006 13:25 (UTC +04:00)
Abid Şərifov: Qazaxıstan nefti BTC kəmərinə 2010-cu ilə kimi vurulacaq

Qazaxıstandan Xəzər dənizi və Azərbaycan ərazisi ilə neftin nəqli 2009-2010-cu illərə kimi gözlənilir. Bu barədə Trend ə baş nazirin müavini Abid Şərifov məlumat verib. O, tarifləri vaxtından əvvəl bəyan etməyi məqsədəuyğun hesab etmir. "Neftin kəmərə vurulması üzrə texnologiya hələ tam olaraq müəyyən edilmədiyi halda hansı tariflərdən danışmaq olar. Hələ Qazaxıstan neftinin nə cür və necə daşınacağı məlum deyil. Bunun 60 min tonluq və ya 10 min tonluq tankerlər olacağı hələ həll olunmayıb", - deyə baş nazirin müavin bildirib.

Qazaxıstandan Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Qazaxıstan neftinin nəqlinə yardım və dəstək barədə Razılaşmanın layihəsi hələ hazır deyil. A.Şərifovun sözlərinə görə, hələlik problemlər işçi qrupların görüşündə müzakirə olunur. Bu yaxınlarda sənədlər işçi qrupda yenidən işlənilib. Lakin onlar üzərində iş hələ davam edir.

"Ona görə də Razılaşmanın imzalanacağı müddəti söyləmək çətindir. Nə vaxt razılığa gəlsək, o zaman da imzalanacaq. Düşünürəm ki, bu, gec olmayacaq", - deyə baş nazirini müavini bildirib.

Xəbər lenti

Xəbər lenti