...

Bakıda II Bakı Beynəlxalq Ombudsmanlar Konfransı öz işinə başlayıb

Siyasət Materials 5 May 2006 13:45 (UTC +04:00)
Bakıda  II Bakı Beynəlxalq Ombudsmanlar Konfransı öz işinə başlayıb

İnsan haqlarının müdafiəsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlığın vəziyyəti və inkişafı perspektivləri mayın 5-də Bakıda öz işinə başlayan II Bakı Beynəlxalq Ombudsmanlar Konfransının əsas mövzusu olub. Bu barədə Trend məlumat verib.

Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən konfransın işində Rusiya Federasiyasının insan haqları üzrə müvəkkili Vladimir Lukin, Rusiyanın 20-yə yaxın subyektinin ombudsmanı, eləcə də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq, Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov, hökumətin yüksək vəzifəli üzvləri, ölkənin Milli Məclisinin deputatları, QHT-nın və müxtəlif dövlət strukturlarının nümayəndələri iştirak edir.

Konfransın açılışında çıxış edən A.Abbasov insan haqlarının müdafiəsi sahəsində iki ölkədəki inkişaf baxımından tədbirin mühüm əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, Rusiyada yaşayan həmvətənlərimizini hüquqlarının müdafiəsi dövlətimiz üçün prioritetdir. Onun sözlərinə görə, bu planda iki ölkənin ombudsman institutlarının qarşılıqlı fəaliyyətindən çox şey asılıdır. A.Abbasov həmçinin, dövlət başçısının konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda qaldırılan məsələlərin aktuallağı və əhəmiyyəti qeyd olunub.

Konfrans iştirakçılarını Azərbaycanda insan haqları sahəsində islahatlarla bağlı məlumatlandıran Elmira Süleymanova bütün bunların ölkənin milyondan artıq əhalisinin qaçqın və məcburi köçkün vəziyyətində, torpaqların 20%-nin işğal altında olduğu bir dövrdə həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu planda biz beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə sıx əməkdaşlığa ümid edirik.

AŞ-nın insan haqları üzrə komissarı T.Hammerbergin sözlərinə görə, Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi təkcə Azərbaycanın problemi deyil, eləcə də bütün regionun problemidir. Vətəndaşların hüquqlarının müdafiəsindən danışarkən komissar bu sahədə ölkənin hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin böyük rolu oynadığını qeyd edib. Onun sözlərinə görə, bu məsələ bu strukturların fəaliyyətində prioritet olmalıdır.

Öz növbəsində, Rusiya insan haqları müvəkkili Vladimir Lukin insan haqlarının müdafiəsi sahəsində Azərbaycanın ombudsman instiutu ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İki gün davam edəcək konfransda "İnsan haqları və demokratik dəyərlər: ombudsmanların təcrübəsi", "MDB ölkələrinə yuvenal ədliyyənin inkişafı", "Hüquqi maarifləndirmə ombudsmanın fəaliyyətinin əsas istiqaməti kimi" və s. mövzularda məruzələr dinləniləcək. Ayrı-ayrı sessiyalarda konfrans iştirakçıları təcrübə və fikir mübadiləsi aparacaqlar.

Konfransda iştirak çərçivəsində qonaqlar Azərbaycanın ombudsman institutunun fəaliyyəti ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti