...

"ABŞ-Azərbaycan münasibətləri: strateji əməkdaşlıq yolunda" mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 5 May 2006 14:56 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə mayın 5-də partiyanın qərargahında "ABŞ-Azərbaycan münasibətləri: strateji əməkdaşlıq yolunda" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada YAP rəsmiləri, Milli Məclisin üzvləri, politoloqlar və müxalifət partiya sədrləri də iştirak edib.

Dəyirmi masada çıxış edən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan prezidentinin ABŞ-a son səfəri bu əməkdaşlığın inkişafına böyük təsir göstərib. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da iki dövlət arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu isə ABŞ-ın Cənubi Qafqaz dövlətlərinə eyni münasibət bəslədiyini qeyd edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Azərbaycan-İran münasibətlərinə toxunub. Politoloqlar Aydın Ağayev və Rasim Musabəyov ABŞ-Azərbaycan münasibətlərinin hələ görünməyən tərəflərinin olduğunu söyləyiblər. Mövzu ilə bağlı dəyirmi masa iştirakçıları müxtəlif çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti