...

Litva prezidenti Azərbaycanın baş nazirini qəbul edib

Siyasət Materials 5 May 2006 15:07 (UTC +04:00)
Litva prezidenti Azərbaycanın baş nazirini qəbul edib

Mayın 5-də, cümə günü Litva prezidenti Valdas Adamkus Azərbaycanın baş katibi Artur Rasizadəni qəbul edib. Bu barədə Trend Litva prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Litva prezidentinin dəftərxanasının danışıqlar zalında keçirilən görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, mayın 4-5-də Litva prezidenti Valdas Adamkusun və Polşanın dövlət başçısı Lex Kaçinskinin təşəbbüsü ilə Vilnyüsdə Baltik və Qara dəniz regionu dövlətlərinin rəhbərləri və nümayəndələrinin, eləcə də Avropa Birliyi və NATO rəhbərlərinin yüksək səviyyədə görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti