...

Rusiya ombudsmani ölkəsində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayır

Siyasət Materials 5 May 2006 16:05 (UTC +04:00)
Rusiya ombudsmani ölkəsində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayır

Rusiya ombudsmani Vladimir Lukin ölkəsində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayır. Bunu Trend agentliyinin məlumatına əsasən, V.Lukin beynəlxalq ombudsmanlər konfransında bəyan edib.

"Deməzdim ki, Rusiyada azərbaycanlılar da daxil olmaqla, Qafqaz xalqları nümayəndələrinin hüquqları pozulur. Və hökumətlə hüquq-mühafizə orqanları bunun qarşısını almaq üçün əllərindən gələni edir" - deyə o bildirib. V.Lukin təəsüflə qeyd edib ki, hazırda Rusiya və bir çox Avropa ölkələrində belə bir meyl var. Bu müxtəlif səbəblərdən, xüsusilə, qloballaşdırma, zənginliklə yoxsulluq arasındakı ziddiyyətdən irəli gəlir. Bütün bunlar münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Rusiya ombudsmani deyib ki, çeçen və digər millətlərlə müqayisədə azərbaycanlılara qarşı millətçi hisslər daha zəifdir.

Burada hüquq-mühafizə orqanlarının da səhvi var. Amma prezidentin müvafiq tapşırıqlarından sonra bu proses dəqiqləşdirildi və biz bu istiqamətdə daha fəal işləyirik. O, həmçinin, skinxedlərin arxasında hökumət dairələrindən olan şəxslərin durması haqqında məlumatı da təkzib edib, lakin hüquq-mühafizə orqanlarının aşağı və orta səviyyələrində onlara rəğbətin olmasını da istisna etməyib. Bu, birlikdə həll edilməsi zəruri olan ciddi problemdir.

Xəbər lenti

Xəbər lenti