...

Elmira Süleymanova: İnsan haqları üzrə Avropa Şurası komissarına Azərbaycandakı qaçqın və məcburi köçkünlər barədə informasiya veriləcək

Siyasət Materials 5 May 2006 16:09 (UTC +04:00)
Elmira Süleymanova:  İnsan haqları üzrə Avropa Şurası komissarına Azərbaycandakı qaçqın və məcburi köçkünlər barədə informasiya veriləcək

Avropa Şurasının insan haqları üzrə komissarına erməni təcavüzü nəticəsində öz doğma yuvalarından qovulmuş Azərbaycandakı qaçqınlar və məcburi köçkünlərin hüquqlarının müdafiəsi barədə informasiya veriləcək. Bu barədə Trend ə Azərbaycanın ombudsmanı Elmira Süleymanova yenidən bu vəzifəyə təmin edilmiş AŞ insan haqları üzrə komissarı Tomas Hammerberqin hazırki səfərini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, bu, onun AŞ-ının komissarı kimi ilk səfəridir. "Bu, bizim üçün AŞ komissarına həlli uzanan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri, milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş haqları, Azərbaycanın maddi-mənəvi itkiləri barədə əlavə informasiya vermək üçün daha bir imkandır", -deyə E.Süleymanova bildirib. O, bu informasiyaların onun gələcək fəaliyyətində öz əksini tapacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, T.Hammerberq Azərbaycana Azərbaycan və Rusiya ombudsmanlarının II Beynəlxalq Bakı konfransında iştirak etmək üçün gəlib. AŞ komissarı Bakıya səfəri çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri, XİN rəhbəri, ombudsman və digər şəxslərlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti