...

Səməd Seyidov: "Missiyalar öz müşahidələrini proqramları çərçivəsində həyata keçirəcəklər"

Siyasət Materials 5 May 2006 16:48 (UTC +04:00)

Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkiləri müşahidə edən beynəlxalq təşkilatların missiyaları müşahidələrini öz proqramları çərçivəsində həyata keçirəcəklər. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, bu məsələdə dövlət onlara heç bir tövsiyə və yaxud da tapşırıq verə bilməz: "Onların özlərində siyahı var. Hansı dairələrdə, hansı məntəqələrdə müşahidə aparacaqlarınf özləri qərar verəcəklər. Azərbaycan tərəfi yalnız onlara şərait yaradır ki, müşahidələrini aparsınlar".

S.Seyidov onu da bildirib ki, təkrar seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Avropa Şurası, ATƏT və Avropanın bir sıra beynəlxalq təşkilatlarının nümayəndələri ilə daim ünsiyyətdə olurlar. Millət vəkili onu da qeyd edib ki, AŞPA-nın yay sessiyasında Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı müşahidə missiyasının rəhbəri Leo Platvoyet məruzə edəcək: "Təkrar seçkilərə hazırlıq onu deməyə əsas verir ki, qurumun yay sessiyasında Azərbaycanla bağlı hər hansı bir problemin yaranması ehtimalı həddən artıq azdır".

Xəbər lenti

Xəbər lenti