...

Kosovoda Heydər Əliyevin xatirəsinə heykəlin açılışı planlaşdırılır

Siyasət Materials 5 May 2006 18:42 (UTC +04:00)

Mayın 10-da Kosovoda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin xatirəsinə heykəlin açılışı olacaq.

Trend in Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, heykəl Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü ilə NATO qərargahının və Azərbaycan sülhməramlılıranının yerləşdiyi ərazidə ucaldılıb.

Azərbaycan nümayəndə heyəti, o cümlədən, Azərbaycan Müdafiə Nazirliyinin Türkiyədəki hərbi attaşesi polkovnik B.Ələkbərov açılış mərasimində iştirak etmək üçün Kosovoya yola düşüb.

Açılaş mərasimində Azərbaycan sülhməramlı qüvvələri bölmələrinin şəxsi heyətindən başqa, NATO qərargahının yüksək rütbəli zabitləri və Kosovo ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti